Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.

"Unikal" xəbər verir ki, terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.

Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

00:48

Şərqi Qüdsün Neve Yaakov məhəlləsində sinaqoq yaxınlığında törədilən terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bundan əvvəl İsrail tibb xidmətinin mətbuat xidməti Magen David Adom beş nəfərin öldüyünü bildirmişdi.

"MDA-nın həkimləri və feldşerləri müxtəlif dərəcəli xəsarətlər almış on nəfərə yerindəcə tibbi yardım göstərirlər", - məlumatda deyilir. 

İsrail polisinin məlumatına görə , hücum terror hücumu kimi qiymətləndirilir, terrorçu zərərsizləşdirilib.

“  The Times of Israel”in məlumatına görə , hücum Şərqi Qüdsdəki yəhudi Neve Yaakov məhəlləsində baş verib. Yaralılara təcili tibbi yardım göstərilir, onlardan üçünün vəziyyəti ağırdır. 

Qəzetin məlumatına görə, ilk daxil olan məlumatlara görə, insident yerli sinaqoqlardan birinin ərazisində baş verib.

23:06

İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis hadisəni terror hücumu adlandırıb.

Qeyd olunub ki, terrorçu zərərsizləşdirilib.