ABŞ Prezidenti Cozef Bayden İranla münasibətlərdəki problemlərin hərbi yolla həllini istisna etmir.
“Unikal” xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan nümayəndəsi “Al-Hadath” telekanalına bildirib.
ABŞ administrasiyasının rəsmisi deyib: “Prezident Bayden İranla nüvə sazişinə qayıtmağa çalışır, lakin bu məsələdə irəliləyişə ümid etmir”.
Ağ Evin sözçüsü də təsdiqləyib ki, hazırda Tehranla danışıqlar Vaşinqton üçün prioritet deyil.