İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdığını açıqlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Billstörm Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra mövcud vəziyyətə görə NATO-ya üzvlük prosesini dayandırdıqlarını bildirib.
O, bildirib ki, iyulda Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin alyansa tamhüquqlu üzvlüyünə ümid edirlər.