İranın şəhərlərində ard-arda güclü partlayışlar baş verib.
"Unikal"ın İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisələrdən biri İsfahan şəhərində olub. Partlayış Müdafiə Nazirliyinin sursat istehsalı zavodunda baş verib. İlkin məlumata görə, nəticəsdə xəsarət alan olmayıb.
Digər partlayış Həmədan şəhərində yerləşən Nojeh hərbi bazasında olub, burada 4 partlayış baş verib. Partlayışdan sonra bazada həyəcan siqnalı verilib.
Təxminən eyni saatda Təbrizin Səlimi sənaye şəhərciyində isə güclü yanğın qeydə alınıb. Bildirilib ki, yanğın hadisəsi neft emalı zavodunda baş verib.
Qeyd edək ki, Səlimi sənaye şəhərciyi ölkənin şimal-qərbindəki ən böyük sənaye şəhərciyidir və bu şəhərciyin 790 istehsalat bölməsində 28 minə yaxın insan çalışır.
Digər bir partlayış isə Kərəc şəhərində olub. Faktla bağlı ətraflı məlumat verilməyib.
Bu hadisələrdən sonra Kirmanşahda yerləşən raket bazası həyəcan vəziyyətinə gətirilib və bütün şəxsi heyət bazaya çağırılıb.
Ağarza Elçinoğlu
Bu gecə İranda ard-arda güclü partlayışlar baş verib. pic.twitter.com/9hYR1UrezE
— Unikal Media Group (@UnikalOrgPortal) January 28, 2023