Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində yerləşən zavoda dron hücumu olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik dronlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini bildirib: "Digəri isə HHM-in “tələsinə” düşərək partlayıb".
Qurum itkilərin olmadığı və zavoda əhəmiyyətsiz dərəcədə ziyan dəydiyini desə də, sosial şəbəkələrdə yayılan görüntülər bunun əksini deyir.