İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfər olub, 816 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

XXX

10:38

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 700 nəfərə çatıb.

“Unikal” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

XXX

03:50

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, təbiət hadisəsi nəticəsində 3 nəfər ölüb, 300 nəfər xəsarət alıb.

İran Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,49 kilometr dərinlikdə qeydə alınıb.

Hadisədən sonra ən azı 20 "afterşok" qeydə alınıb, onlardan ən böyüyü 3,6 bal gücündə olub.

Ağarza Elçinoğlu