Pakistanda avtobus qəzası nəticəsində 41 nəfər ölüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Bəlucistan əyalətində qeydə alınıb.
Bildirilir ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.
Bildirilir ki, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.