Tatarıstanın səhiyyə naziri Marat Sadıkov 53 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Vida mərasimi yanvarın 30-da baş tutacaq.
Marat Sadıkov 27 yanvar 1970-ci ildə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. Tibb elmləri namizədi, Tatarıstan Respublikasının əməkdar həkimidir.