Əl-Şəbab silahlıları Somalinin Qalmuduq əyalətində Nəqliyyat və Aviasiya Departamentinin naziri Fargio Abdi Vasugeni öldürüblər.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü Somalinin Garove xəbər portalı məlumat yayıb.
Elektron nəşr qeyd edir ki, Fargio Abdi Vasuge yanvarın 28-də Moqadişuda xüsusi mühafizə olunan şəhər ərazisində olarkən hücuma məruz qalıb.