Portuqaliya Türkiyədən SİHA almaq üçün Baykarla danışıqlara başlayıb.
"Unikal" xəbəri xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Gomes Cravinho ilə görüşüb.
İkitərəfli görüş zamanı müdafiə sənayesi, ticarət və regional inkişaflar müzakirə edilib.
Cravinhoyonun daha əvvəl Portuqaliyanın müdafiə naziri vəzifəsində çalışdığını xatırladan Çavuşoğlu, "Dənizçilik sahəsində əhəmiyyətli ölkə olan Portuqaliya ilə bu sahədə də əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyirik. Keçən həftə Baykar firmamızı ziyarət etdik və bu mənada Baykar şirkəti ilə Portuqaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sahəsində danışıqlar başlayıb. Yəni biz həm dövlətlər, həm də özəl sektorlar arasında bu əlaqələri daha da inkişaf etdirmək istəyirik". Çavuşoğlu bildirib.