Gəncədə bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, şübhəli şəxs saxlanılıb: "Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib".
***
31 yanvar, 21:28
Gəncədə 3 nəfər bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər üç nəfərin yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə bıçaqlanan şəxslər bir ailənin üzvləridir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Tural Əhmədov