2023-cü il yanvarın 1-nə Rusiyada 146 424 729 nəfər yaşayır, əhalinin sayı bir il ərzində 555 332 nəfər azalıb.
"Unikal" xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.
"Rosstat"ın statistikası Rusiya Federasiyasının dörd yeni regionunun - Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin məlumatlarını nəzərə almayıb.
Belə ki, 2022-ci il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 milyon 980 min 61 nəfər olub. Qurumun məlumatına görə, ölkədə şəhər əhalisi demək olar ki, 109,6 milyon nəfər, kənd əhalisi isə 36,8 milyon nəfərdir.