İstanbulda axşam saatlarında 3 nəfər arasında naməlum səbəbdən dava düşüb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qısa müddətdə silahlı davaya çevrilən hadisədə  başından güllə yarası alan Ferhat Yeşilkaya hadisə yerində ölüb, Bedirhan Pamuk adlı şəxs isə ağır yaralanıb. 

İki nəfəri silahla vuran şəxs isə ərazidən qaçıb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.İstanbul polisi silahlı hücumu həyata keçirən şəxsin axtarışına başlayıb.  

Seymur Əli