Cimbom Almaniyada tarix yazdı
11:40 13-03-2013
İDMAN
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Unikal.org-un məlumatına görə, cavab görüşləri çərçivəsində 2 matç baş tutub.
Türkiyənin “Qalatasaray” klubu səfərdə “Şalke”nin qonağı olub. Xatırladaq ki, ilk matçda qalib müəyyənləşməmişdi (1:1) və bunun üçün hər şeyə “Veltins Arena”da aydınlıq gələcəkdi.
Oyunda azarkeşlər 5 qola şahidlik edib. Öncə meydan sahibləri hesabı açsalar da, daha sonra qonaqlar 2 dəfə fərqlənərək fasiləyə üstün yollanıb. İkinci hissədə isə “Şalke” hesabı bərabərləşdirməyə nail olub. Lakin sonradan meydana daxil olan Umut Bulut komandasına qələbə gətirən qola imza atıb – 2:3. Bununla da “Qalatasaray” Almaniyada tarix yazaraq 1/4 finala keçib.
“Barselona” evdə oynasa da, işi daha çətin olub. İtaliyada Milanın eyniadlı təmsilçisindən 2 cavabsız qol buraxan kataloniyalılar bu məğlubiyyətin əvəzini çıxmalı idilər. Elə “Barselona”da istədiyinə nail olaraq “Nou Kamp”da şou göstərib.
Beləliklə, “Milan”ı 4:0 hesabı ilə məğlub edən Kataloniya klubu adını növbəti mərhələyə yazdırıb.
12 mart
“Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 4:0
QOLLAR: Messi, 5; 40, Vilya, 55, Alba, 90
İlk oyun – 0:2
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 2:3
QOLLAR: Noyştedter, 18, Bastos, 63 - Altıntop, 37, Burak, 42, Umut, 90+4
İlk oyun – 1:1
Digər Xəbərlər
2024-12-23 00:22:39
2024-12-22 23:32:10
2024-12-22 22:43:42
2024-12-22 21:52:37
2024-12-22 20:36:22
2024-12-22 19:18:39
2024-12-22 16:05:27
2024-12-22 15:29:48
2024-12-22 13:53:27
2024-12-22 12:28:56
2024-12-22 11:53:06
2024-12-22 11:10:46
2024-12-22 09:50:37
2024-12-22 00:20:22
2024-12-21 23:01:42
2024-12-21 22:27:00
2024-12-21 21:16:00
2024-12-21 20:30:16
2024-12-21 19:15:00
2024-12-21 18:02:35