ABŞ dövlət katibi Entoni Blinken Qafqaz danışıqları üzrə yeni baş müşavir təyin edib.
"Unikal" xəbər verir ki, bundan sonra bu vəzifəni Louis L. Bono icra edəcək.
"Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini irəlilətmək və Rusiyanın Gürcüstanın suveren ərazilərini işğal etməsinə cavab vermək üçün regional liderlərlə işləyəcək", - Blinken bildirib. Dövlət katibi vurğulayıb ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasına, o cümlədən Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə yönəlmiş danışıqları dəstəkləmək öhdəliyinə sadiqdir.
Bundan əvvəl Qafqaz üzrə dövlət katibinin baş Filip Riker idi.
Ağarza Elçinoğlu