Belçikanın Aalst şəhərindəki Rəqəmsal İncəsənət Akademiyasının rəhbərliyi adı açıqlanmayan ingilis dili müəlliminin tələbələrə narkotik satdığını aşkar edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yaşı 18-dən az olan şagirdlərə dərman verən müəllimin müqaviləsinə məktəb rəhbərliyi xitam verib. 50 yaşlı müəllimin məktəbdə müvəqqəti dərs dediyi bildirilib.
Müəllimin narkotik maddəni dərsdən sonra verdiyi öyrənilib. İndiyədək nə qədər tələbənin dərmanla təmin olunduğu araşdırılır.
Bildirilib ki, məktəb rəhbərliyi hadisədən xəbər tutan kimi polisə məlumat verib, polis və prokurorluq araşdırmalara başlayıb.
Seymur Əli