"Sony"nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya şirkəti bəyanat yayıb. Bildirilir ki, "Sony"nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki aprelin 1-dən "Sony"nin prezidenti vəzifəsinə təyin ediləcək.
Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.
Qeyd edilib ki, yeni təyinat qərarı ilə "Sony" elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.
Gülayə Mecid