Ukraynanın baş naziri Denis Şmıxal ötən il ölkə iqtisadiyyatının 30%-dən çox azaldığını və bu il 0,3% artımın olacağını təxmin edir.
"Unikal" xəbər verir ki, bu barədə o, Almaniyanın "Der Spiegel " jurnalına bildirib.
“İlkin hesablamalara görə, 2022-ci il üçün azalma 30%-dən çoxdur. İqtisadiyyatımızın üçdə biri yoxa çıxıb... İnflyasiya 26%-dən bir qədər yüksəkdir”, - hökumət başçısı bildirib.
O xatırladıb ki, bir çox müəssisələr, məsələn, ölkənin aparıcı metal istehsalçılarından biri olan “Azovstal” fiziki cəhətdən məhv edilib.
Gülayə Mecid