Avropa Komissiyası Ukraynaya əlavə olaraq 2400 ədəd generator təhvil verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransda bildirib.
"Bu gün deyə bilərəm ki, biz müharibənin əvvəlindən bəri göndərilən 3000-ə əlavə 2400 generator veririk. Və nəhayət, biz Ukraynanı birlikdə qaz almaq üçün enerji platformasına dəvət edirik", - Avropa Komissiyasının prezidenti açıqlayıb.
Ağarza Elçinoğlu