ABŞ-ın pilotsuz uçan aparat istehsalçısı General Atomics Aeronautical Systems (GA-ASI) tərəfindən edilən açıqlamada şirkətin işğal altındakı Ukraynaya 1 dollara iki Pilotsuz Uçuş Aparatı tədarük etməyə hazır olduğu bildirilib və Amerika rəhbərliyindən razılaşmanın təsdiqlənməsi istənilib.
"Unikal" xəbər verir ki, GA-ASI, Amerika qüvvələrinin Əfqanıstan, Suriya, İraq və digər münaqişə zonalarında müşahidə və hədəfli hücumlar üçün effektiv şəkildə istifadə etdiyi “Boz Qartal” və “Reaper” pilotsuz uçan aparatlarını Kiyevə vermək üçün Vaşinqtonu təhrik etdiyini açıqlayıb.
Xatırladaq ki, orta hündürlükdə uzun məsafələrə uça bilən pilotsuz uçuş aparatları Ukraynanın Rusiya qüvvələrinə qarşı müharibəsində ehtiyac duyduğu ən görkəmli texnologiyalardan biridir. ABŞ ordusu indiyədək Ukraynanı bəzi kiçik hücum və müşahidə PUA-ları ilə təmin etsə də, onların heç biri GA-ASI tərəfindən istehsal olunan kimi qabaqcıl texnologiyalara və uzun mənzilli imkanlara malik deyil.Şirkətin baş direktoru Linden Blu açıqlamasında bildirib ki, “Rusiya işğalının əvvəlindən biz Ukrayna qüvvələrinin tələblərinə MQ-9 Reaper və MQ-1C Grey Eagle kimi məhsullarımızla cavab vermək üçün variantlar axtarmağa başladıq. "