Avropa Parlamenti Aİ və Ukraynanın siyasi liderləri arasında fevralın 3-də Kiyevdə keçiriləcək sammitlə bağlı gözləntilərini əks etdirən qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, Ukraynanın Aİ-yə üzvlük perspektivlərinə gəlincə, mətn Aİ-ni “qoşulma ilə bağlı danışıqlara başlamaq istiqamətində işləməyə və Ukraynanın Aİ-nin vahid bazarına qoşulmasına imkan yaratmaq üçün növbəti addımları əks etdirən yol xəritəsini dəstəkləməyə” çağırır.
“Ukraynanın 2022-ci il fevralın 28-də rəsmi müraciətindən sonra Ukraynanın gələcək Aİ üzvlüyünə sadiqliklərini təsdiqləyən Avropa Parlamentinin deputatları vurğulayırlar ki, üzvlük ləyaqətə əsaslanan prosesdir, o cümlədən müvafiq prosedurlara riayət və Aİ ilə bağlı islahatların və üzvlük meyarlarının həyata keçirilməsidir.
Onlar həmçinin Ukrayna hakimiyyətini Aİ-yə üzvlük meyarlarına effektiv cavab vermək üçün mümkün qədər tez əhəmiyyətli islahatlar həyata keçirməyə çağırırlar.
Qətnamədə həmçinin Aİ-yə üzv dövlətlər Kiyevə hərbi yardımı, xüsusən də silah-sursatla təminat, habelə zəruri siyasi, iqtisadi, infrastruktur, maliyyə və humanitar dəstəyi artırmağa və sürətləndirməyə çağırır.
“Avropa Parlamenti həmçinin Aİ bazarında hələ də mövcud olan Lukoil və Rosatom kimi şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Məcburi deportasiya və işğal olunmuş Ukrayna ərazisində saxta referendumların keçirilməsi də daxil olmaqla, geniş spektrli qeyri-qanuni fəaliyyətlə məşğul olan məmurlar da sanksiyalara məruz qalmalıdırlar”, - hesabatda xüsusilə qeyd olunur.