2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
"Unikal" xəbər verir ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib.
Qeyd edək ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.