11 ay davam edən müharibədə Rusiya Ukraynada 200 min hərbçisini itirib.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" Amerika və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
"Cəmi 11 ayda bu itkilər Amerikanın Əfqanıstandakı müharibənin iyirmi ildəki itkilərindən 8 dəfə çoxdur. İşğalçı ordu Baxmut və Soledar uğrunda gedən döyüşlərdə xüsusilə ağır itki verib. Müharibə 8 milyondan çox sovet əsgərinin həlak olduğu İkinci Dünya Müharibəsi zamanı ölkənin üzləşdiyi mübarizə kimi aparılır. Putin Ukraynada yüz minlərlə itkiyə hazırdır, baxmayaraq ki, daha çox itki onun siyasi dəstəyini sarsıda bilər", - qəzet yazıb.
Gülayə Mecid