İranın ali lideri "on minlərlə" məhbusu əfv edib.
"Unikal" xəbər verir ki, onların arasında hökumət əleyhinə nümayişlərdə iştiraka görə həbsə məhkum edilənlər də var.
Amnistiya qətldə, habelə dövlət əmlakının dağıdılmasında, zədələnməsində və ya yandırılmasında təqsirli bilinənlərə şamil edilmir. Bundan başqa, casusluqda və xarici kəşfiyyat xidmətlərində işləməkdə ittiham olunanlar əfv olunmur.
Qeyd olunur ki, İranın ali lideri Ayətullah Əli Xamenei məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni-Ejeinin təklifini təsdiqləyib. Amnistiya İslam inqilabının ildönümü şərəfinə keçiriləcək.
İranda iğtişaşlar ötən il sentyabrın 16-da vitse-polis tərəfindən saxlanılan Mahsa Ameni-nin ölümündən sonra başlayıb. Rəsmi versiyaya görə, o, insult nəticəsində ölüb, lakin bəzi ölkə sakinləri bu məlumatlara inanmayıblar. Qadınlar etiraz aksiyası keçirib, könüllü olaraq baş örtüklərini yandırıblar. İran məhkəməsi bir neçə nümayişçini iğtişaşları qızışdırmaq və təhlükəsizlik qüvvələrinə hücum etmək ittihamı ilə edam cəzasına məhkum edib.