Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı təhlükəsizlik məsələlərini, iqtisadiyyat və siyasətdə əməkdaşlığı müzakirə ediblər, həmçinin yaxın gələcəkdə görüşün tarixini təyin etmək barədə razılığa gəliblər.
“Biz iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün ümumi gündəliyi müzakirə etdik. Xüsusilə, Belarus və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətlərdən danışdıq”, - məlumatda deyilir.
Məlumata görə, liderlərin gələcək görüşünün əsas məqsədi iki ölkə hökumətləri tərəfindən əvvəllər prezidentlər tərəfindən verilən tapşırıqların, o cümlədən idxalın əvəzlənməsi və anti-sanksiya sahəsində qarşılıqlı fəaliyyətin icrasına nəzarət etmək olacaq.
Bundan başqa, prezidentlər Ali Dövlət Şurasının aprel-may aylarına planlaşdırılan iclasına hazırlıq məsələlərini müzakirə ediblər.