Rusiya Federasiyasının Daxili İşlər və Rabitə Nazirliyi ölkədə baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə iki təyyarə göndərəcək.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliklərin mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, fevralın 6-na keçən gecə Türkiyənin Qaziantep vilayətində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün ölkəyə xilasedici qüvvələr göndəriləcək.
Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kahramanmaraş vilayətinin Pazarcik rayonudur. Yeraltı təkanlar Adana, Ankara, Antalya, Kayseri, Mersin, Trabzon və Urfada da hiss olunub.
Seymur Əli