Türkiyənin Kahramanmaraş vilayətində 5,9 bal gücündə daha bir zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentrinin Kahramanmaraşdan 77 kilometr uzaqlıda qeydə alındığı bildirilir.
***14:42
Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkan Türkiyənin bir çox bölgəsində hiss edilib.
Yeraltı təkan 7.8 bal gücündə olub.