Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövrünün kriminal avtoriteti, Maydanın təşkilatçılarından biri, 2014-cü ildən axtarışda olan “Qorlovski” ləqəbli Armen Sarkisyan Rusların nəzarətində olan Berdyanskaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.Bildirilir ki, Sarkisyan Rusiya Federasiyasının nəzarətində olan ərazilərə sadəcə Ukrayna şəhərlərinə səfər etmək üçün gəlməyib.
O, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki həbsxanalara yeni “rəhbər” təyin edilib. Məqsəd Yevgeni Priqojinin ( red.- rusiyalı biznesmen, oliqarx, Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunur) və onun “Vaqneritləri”nin Rusiyada monopoliyasının qarşısını almaq üçün yeni şəxsi hərbi qrup yaratmaqdır.
"Güman edilir ki, məhdud müddət ərzində yeni struktur Rusiya Federasiyasında bu sahədə daxili rəqabət yaratmaq üçün xeyli sayda "kadrlar" cəlb edəcək", - Ukraynanın kəşfiyyat xidməti yazıb.
Gülayə Mecid