Türkiyənin Adıyaman ərazisində zəlzələ anı kameralara əks olunub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələ ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun keçirəcəyi mətbuat konfransına təsadüf edib.
Belə ki, yeraltı təkanlar zamanı nazir və iclasdakı şəxslər qorunmaq məqsədilə masanın altına giriblər.