Türkiyənin cənubundakı Adana vilayətində yerləşən Ceyhan neft terminalı zəlzələnin fəsadları səbəbindən fəaliyyətini dayandırıb.
"Unikal"
xəbər verir ki, bu barədə Tribeca gəmiçilik agentliyinə istinadən məlumat yayıb .

Ceyhan terminalı zəlzələnin episentrindən 155 km aralıda yerləşir.
Ümumiyyətlə, Türkiyənin cənubundakı limanlar zəlzələdən zərər çəkib, əməliyyatlarda gecikmələr var.

Eyni zamanda, Ceyhan limanı istiqamətində hərəkət edən magistral neft kəmərlərinə ( MNP ) ziyan dəyməyib.
Belə ki, neft İraqdan Kərkük-Ceyhan neft kəməri ilə nəql olunur.
MNP Bakı-Tbilisi-Ceyhan da fəaliyyət göstərir və onun vasitəsilə Azərbaycan nefti Türkiyəyə nəql olunur.
Lakin bu məlumat 2023-cü il fevralın 6-da günorta saatlarında baş verən 2- ci zəlzələdən əvvələ aid idi. Qaziantep, Hatay və Kahramanmaraş əyalətlərinə təbii qaz verilişi zəlzələ nəticəsində boru kəməri zədələndikdən sonra kəsilib.