Xəbər verdiyimiz kimi, Türkiyədə episentri Kahramanmaraş bölgəsində yerləşən iki böyük zəlzələ qeydə alınıb.
"Unikal"ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, ətraf əyalətlərdə də hiss edilən zəlzələ nəticəsində 6000-ə yaxın bina dağılıb, 3381 nəfər ölüb, 20 min insan xəsarət alıb.
Kahramanmaraşın Elbistan rayonunda baş verən şiddətli zəlzələ anı bir avtomobilin müşahidə kamerasında qeydə alınıb.
Görüntülərdə sarsıntı baş verdiyi zaman bəzi binaların uçmağa başladığı görünür.
Ağarza Elçinoğlu