Rusiya Federasiyasının Nijni-Novqorod vilayətinin Kstovski rayonunda “Lukoyl” neft emalı zavodunda yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

"İlkin məlumatlara görə, bu gün, fevralın 7 -də Kstovski rayonunda, Mərkəzi şose, 9 ünvanında yerləşən neft emalı zavodunda yanğın baş verib ", - Nijni-Novqorod vilayətinin prokurorluğu bildirib.

***13:47

Nijni-Novqorod vilayətində neft emalı zavodunda yanğın baş verib.

"Unikal" Rusiya KİV-lərinə  istinadən xəbər verir ki,  benzinlə quraşdırılmış qurğu yanıb. Əraziyə  yanğınsöndürənlər cəlb olunub. 

Gülayə Mecid