İran ordusu çərşənbə axşamı yeni uzaqmənzilli "hava-hava" qanadlı "Asif" raketini nümayiş etdirib. 

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Bu raket yüksək dağıdıcı və partlayıcı gücə malik, ağır istehkamlara nüfuz edə bilən döyüş başlığıdır", - məlumatda deyilir.

Asif hava-hava raketləri İranın Su-24 qırıcılarına quraşdırılacaq.

Qeyd edək ki, fevralın 7-də İranda böyük yeraltı hava qüvvələri bazası istifadəyə verilib. Sözügedən raketlər həmin yeraltı bazada istismara veriləcək. 

Ağarza Elçinoğlu