Episentri Kahramanmaraş və 10 vilayətdə baş verən 2 böyük zəlzələdən sonra yardım işləri davam edir.
"Unikal" xəbər verir ki, türkiyəli aktrisa Gamze Özçelik, qurucusu olduğu "Ümid Koşucuları Dərnəyi"nin komandası ilə birlikdə zəlzələ bölgələrinə köməyə getdiyini açıqlayıb.
Belə ki, aktrisa Haluk Leventlə birlikdə zəlzələ bölgələrinə yardım gətiriblər.
"Çox üzr istəyirik... Deməyə söz tapa bilmirəm... Allah darda olan bütün insanlara və yardım çatdırmağa çalışan qruplara kömək olsun...", - Özçelik bildirib.
Qeyd edək ki, aktrisa "Arka Sokaklar" serialında "Zeyneb" obrazı ilə məşhurlaşıb.