Türkiyədə baş verən zəlzələ Ərəbistan lövhəsinin sürüşməsinə səbəb olub.
"Unikal" xəbər verir ki, ilkin hesablamalara görə, yerdəyişmə 3 metrə yaxın olub.
Bunu İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun prezidenti Karlo Doqlioni deyib.
“Daha dəqiq ölçmələr peyk məlumatları ilə mümkün olacaq. Hesablamalarımıza görə, yerdəyişməsi üç metrə qədər olan 150 kilometrlik hissə aktivləşib. Sanki Türkiyə ərəb tektonik plitəsinə münasibətdə cənub-qərbə doğru dəyişib”, - deyə News Bulletin alimdən sitat gətirir.
Nəşr qeyd edir ki, iki zəlzələnin gücü 7 baldan çox olub.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu fəlakəti ölkə tarixində 1939-cu ildən bəri ən böyük fəlakət adlandırıb.
Son məlumatlara görə, ölkədə baş verən yeraltı təkanlar nəticəsində 3703 nəfər ölüb, 22 mindən çox insan xəsarət alıb. Qonşu Suriyada ölənlərin sayı 1600-ü ötüb.