“El” hərəkatında Əli İnsanov izi
12:01 13-03-2013
İQTİSADİYYAT
Hərəkat yaradıcıları sabiq nazirin komanda üzvləridir
“El” Hərəkatı nəhayət ki, rəsmən elan olundu. Amma aydın oldu ki, bu hərəkat öncədən nəzərdə tutulan formatda deyil. Çünki hesab edilirdi ki, hərəkatın əsas təşəbbüs qrupu Rüstəm İbrahimbəyovun nəzarətində olacaq və Ziyalılar Forumunun aparıcı simalarından Rafiq Əliyev, Cəmil Həsənli, hətta Rüstəm İbrahimbəyov da təşəbbüs qrupunun əsas simaları olacaq. Amma tam əksinə oldu. Belə ki, “El” Hərəkatının Təşəbbüs Qrupuna Eldar Namazov sədr seçilib.
Təşəbbüs Qrupuna isə Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev daxil edilib. E.Namazov bildirib ki, “El” Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır. Hərəkatın elan olunduğu tədbirə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də qatılıb.
Bu arada “Unikal”ın apardığı araşdırma kifayət qədər maraqlı fakt ortaya çıxartdı. Apardığımız araşdırmalar zamanı aydın oldu ki, “El” hərəkatının yaradılmasında və hazırda formalaşmasında iştirak edən əsas fiqurlar keçmiş səhiyyə naziri Əli İnsanovun komandasında olan şəxslərdir. Ardıcıllıqla baxaq:
- Nurəddin Mystafayev - Əli İnsanov həbs edilənə qədər “Ağrıdağ” təşkilatının sədri olub. Daha sonra isə “Qərbi Azərbaycanlılar Hərəkatının ” idarə heyətinin üzvü
- Eldar Abbasov - Əli İnsanovun kadrı. Əli İnsanov həbs ediləndən sonra səhiyyə sistemindən uzaqlaşdırılıb. “Ağrıdağ” təşkilatının idarə heyətinin üzvü olub.
- Musa Yaqub - Əli İnsanovun aktiv müdafiəçilərindən biri və ona dəstək verdiyi üçün parlament seçkilərindən kənarlaşdırılıb
Həmçinin hərəkatın yaradılmasında aktivlik göstərən simalar
- Firudin Cəlilov- “Qərbi Azərbaycanlılar Hərəkatı”nın üzvü
- Köçəri Nağıbəyli - “Qərbi Azərbaycanlılar Hərəkatı”nın üzvü.
Nəhayət hərəkatın sədri Eldar Namazov - “Qərbi Azərbaycanlılar Hərəkatı”nın İdarə Heyətinin üzvü.
Ekspertlər hesab edir ki, nəzərdə tutulduğundan fərqli olaraq, hazırda hərəkat tam şəkildə Əli İnsanovun nəzarəti altındadır. Hesab etmək olar ki, hadisələrin inkişafı zamanı daha maraqlı proseslər ortaya çıxacaq. Belə ki, bu ay Əli İnsanovun məsələsinə Avropa Məhkəməsində baxılacaq. Məhkumun vəkilinin dediyinə görə, məhkəmədən müsbət qərar gözlənilir. Belə olan halda hakimiyyət onu azadlığa buraxmalı olacaq və o, rahatlıqla 2013-cü il prezident seçkilərində iştirak edəcək. Bu isə kifayət qədər ciddi faktordur.
Ekspertlər hesab edir ki, hətta ənənəvi müxalifət də bu planın reallaşmasına dəstəkçi ola bilər. Bu baxımdan İsa Qəmbərlə Əli Kərimlinin də toplantıya qatılması diqqəti cəlb etdi. Müşahidəçilər bunu da bildirir ki, Əli İnsanovun azadlığa çıxması ləngiyərsə, onların ikisinin arasında seçim ediləcək.
Beləliklə aydın oldu ki, gözlənilən hərəkat əslində yeni prosesin başlanığıcıdır.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55