Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Unikal"a bildirilib ki, Babək prospektində yerləşən "Doğtaş Mebel" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib.
Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.