Prezident Tramp çox aydın danışıb: Ukraynada Amerika qoşunları olmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti J.D.Vens bəyan edib.

Onun sözlərinə görə, ruslar bu münaqişənin üç il yarımı ərzində ilk dəfə olaraq Trampla danışıqlarda əhəmiyyətli güzəştlərə gedib: "Biz kompromis tapmaq və qan tökülməsini dayandırmaq üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparmaq üçün əlimizdən gələni edirik. Prezident Tramp bütün bunların necə başladığının hər bir təfərrüatına diqqət yetirməyə çalışmır. O, diqqətini indiki məqamın təfərrüatlarına - tərəflərin razılaşdığı yerə və onlar arasında anlaşma üçün zəmin yaratmağa yönəltməyə çalışır". 

Ağarza Elçinoğlu