Strateji marşrutun tikintisi başa çatdıqdan sonra Zəngəzur dəhlizi türk dünyasına, türk respublikalarına və Uzaq Şərqə gedən ən qısa marşruta çevriləcək. 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında açıqlayıb.

"30 illik proqnozla layihə 147,6 milyard türk lirəsi (3,6 milyard dollar) gəlir gətirəcək, yük dövriyyəsi isə 15 milyon ton olacaq.

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinə təkcə nəqliyyat xətti kimi deyil, həm də bölgənin taleyini dəyişəcək strateji sərmayə kimi baxırıq. Bu xətt Orta Dəhlizi gücləndirəcək və ölkəmizi beynəlxalq ticarət üçün daha vacib mərkəzə çevirəcək", - Uraloğlu qeyd edib.

Ağarza Elçinoğlu