Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində mobil səhra hospitalı quraşdırır.
"Unikal" xəbər verir ki, mobil səhra hospitalının Kahramanmaraş idman klubunun stadionda quraşdırılmasına başlanıb.
Artıq yaxın saatlarda hospitalda zəlzələdən zərər çəkən vətəndaşlara tibbi yardım göstərəcək.
Burada ilk tibbi yardım olunacaq, laboratoriya, Rentgen müayinələri aparılacaq, eləcə də cərrahiyyə əməliyyatları icra olunacaq.
Mobil səhra hospitalında 41 nəfər tibbi heyət fəaliyyət göstərəcək.