Azad Rəhimov «futbol qumarı»nı necə qorumaq istədi?
13:05 13-03-2013
İQTİSADİYYAT
Nazirin yaxın adamından absurd özünümüdafiə cəhdi
Keçən günlərdə Milli Məclisdə ölkədə «futbol qumarı»nı öz əlində cəmləşdirən Topaz bukmeker kontoru haqqında sərt tənqidi fikirlər səsləndi. Bəzi deputatlar Topaz-ı ailələri dağıtmaqda, vətəndaşları müflisləşdirməkdə ittiham etdilər və onun bağlanmasını tələb etdilər.
Dünənsə bəzi idman nəşrlərində bu ittihamlara Topaz-ın rəsmi sahibi “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov münasibət bildirib. O iddia edib ki, indiyədək Topaz-la bağlı heç bir problem yaranmayıb: «Milli Məclisdə səslənən ittihamlar Topaz-a yox, “qara bazar”a aiddir”.
Gənclər və idman naziri Azad Rəhimovla yaxın dost, hətta qohum olduğu bildirilən Məhərrəmov daha sonra deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Topazın dövriyyəsinin 4,2 faizi “Azəridmanservis”in hesabına gəlir. Bu vəsaitin hara getdiyi məlumdur: «Amma “qara bazar”da yığılan pulların hara getdiyi məlum deyil: “Məhz həmin pullarla kriminal olaylar, qətllər və digər cinayətlər törədilə bilər. Topaz idmana yardım etmək və marağı artırmaq üçün fəaliyyətə başlayıb. “Qara bazar”la bağlı problemi çözmək isə Gənclər və İdman Nazirliyinin işi deyil”.
Əvvəla, qeyd edək ki, Milli Məclisdə Topaz-la bağlı məlum iddialar səsləndikdən sonra bukmeker kontorunun fərqli bir nazirin oğluna aid olduğu iddiası səslənmişdi, bəri başdan deyək ki, bu iddialar reallığı əks etdirmir. Topaz Azad Rəhimovun, yuxarıda da qeyd etdiyimiz kimi, kifayət qədər yaxın adamının nəzarətindədir və bu da onun kimə məxsus olduğunu aydın söyləməyə əsas verir.
İkinci, nazirin adamının indiyədək Topaz-la bağlı heç bir problem yaranmadığını söyləməsi heç bir məntiqə sığmır. İndiyədək məhz Topaz xətti ilə «futbol qumarı»nın qurbanı olan, intihara əl atan vətəndaşlarla bağlı xeyli xəbərlər yayılıb. Elə isə necə «heç bir problem olmayıb» demək olar?
Üçüncü, hansı məntiqlə gənclər və idman nazirinə yaxın şəxs parlamentdəki iddiaların Topaz-a deyil, «qara bazar»a aid olduğunu deyir. Deputatlar açıq şəkildə ittiham olaraq Topaz-ın adını çəkiblər. Belə çıxır ki, Azər Məhərrəmov indi onları yalan danışmaqda suçlayır?
Və ən nəhayət, dördüncü: Topaz indiyədək gəlirlərini nə üçün tam açıqlamayıb? Nə üçün gəlirlərin faizlə hara getdiyi bildirilir, amma konkret rəqəmlər göstərilmir? Əgər rəqəmlər konkret deyilsə, deməli, Topaz-ın fəaliyyətindəki qeyri-şəffaflıqlarla bağlı iddialarda həqiqət payı olmamış deyil.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55