“Əl-Nəsr"də forma geyinən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vəhdə” ilə oyunda 4 qol vuraraq komandasına qələbə qazandırıb: 4:0.

"Unikal" xəbər verir ki, 38 yaşlı hücumçu ölkə çempionatlarındakı ümumi qol sayını 500-ə çatdırıb (ümumi qol sayı: 503).

Bundan əlavə, portuqaliyalı ulduz karyerasında 61-cihet-trikə imza atıb.