Bakı Fond Birjasında qaranlıq işlər?!
13:06 13-03-2013
İQTİSADİYYAT
Qurumun ünvanına şəffaflıqla bağlı ittihamlar səslənir
Əksər ekspertlər Azərbaycanda bir çox hökumət strukturlarının əsas problemi kimi şəffaflığın yetərincə təmin olunmamasını göstərirlər. Şəffaflıq istər ölkədə iqtisadiyyatın əsas prinsiplərindən sayılır, qeyri-şəffaflıq isə hər bir ölkədə korrupsiyanın çiçəklənməsini şərtləndirən mühüm amillərdən biri kimi qəbul olunur.
Azərbaycanın şəffaflıq sarıdan əziyyət çəkən sahələrindən biri isə qiymətli kağızlar bazarıdır. Dövlət Qiymətli Kağızlar Komitəsi və onun nəzarətindəki strukturların ünvanına zaman-zaman müstəqil ekspertlər tərəfindən səsləndirilən tənqidlər və iradlar belə düşünməyə əsas verir.
Bununla bağlı ortaya atılan yeni iddia da ölkənin qiymətli kağızlar bazarında qaranlıq işlərin çevrildiyinə dair narahatçılıqların əbəs olmadığını ortaya qoyur. Bəs bu iddianın mahiyyəti nədən ibarətdir? Gəlin birgə tanış olaq.
Məsələ burasındadır ki, bu ilin iki ayında Azərbaycanda korporativ qiymətli kağızlar (fərdi depozitarlara xidmət göstərən “Azərbaycan Beynəlxalq Bankı SC istisna təşkil edir) bazarına nəzarət edən Milli Depozitar Mərkəzi təkrar bazarda alqı-satqı üzrə ümumi məbləği 35,1 mln. manat həcmində birjadankənar bağlanmış əqdi qeydə alıb. Bu, 2012-ci ilin müvafiq dövründə olduğundan üç dəfə, 2011-ci il - 5 dəfə, 2010-cu il- 22 dəfə çoxdur.
MDM-nin iki ay üçün təqdim etdiyi məlumata əsasən korporativ qiymətli kağızlarla birjadankənar əməliyyatların həcmi ilk dəfə olaraq təkrar korporativ qiymətli kağızlar bazarının birja dövriyyəsini ötüb. Və birjadankənar bazarın üstünlüyü birjadan bir neçə dəfə artıqdır. Göstərilən müddətdə birjada korporativ qiymətli kağızların alqı-satqısı üzrə ümumi məbləği 9 529 min əqd bağlanıb. Birjada səhmlərin payına ümumi məbləği 387 min manat həcmində kiçik əqdlər (nizamnamə kapitalının 1%-dən çox olmayaraq)daxil olub. Halbuki, birjadankənar korporativ qiymətli kağızlar bazarı praktiki olaraq səhmlərin “təsiri altındadır”.
Birjadankənar bazarın aktivliyi yalnız əməliyyatların həcmində deyil, həm də onların sayında özünü göstərir. Bu ilin əvvəlində iki ay ərzində birjadankənar bazarda 89 əqd bağlanıb. Halbuki, 2012-ci ilin müvafiq dövründə bu göstərici 66 əqd olub.
Analitiklər əmindirlər ki, birjadankənar qiymətli kağızlar bazarında proseslərin canlanması 2012-ci ilin martından onun şəffaf olmaması ilə əlaqədardır. 2012-ci ilin matından fəaliyyətdə olan “Adlı investisiya qiymətli kağızların alqı-satqısı üzrə əqdlərin bağlanması qaydaları”na zidd olaraq Bakı Fond Birjası (BFB) birjadankənar əməliyyatlar barədə məlumatı açıqlamır. 2012-ci ilin dekabrından “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması qaydaları” qüvvəyə minib. Bu sənədlə birjaya insayder əqdləri barədə informasiyanı açıqlamaq səlahiyyəti verilib. Lakin birja bu sənədi də icra etmir.
BFB-nin əməllərindən məlumatlı olan Dövlət Qiymətli Kağızlar Komitəsi bazarda şəffaflığın təmin olunması üçün tədbir görmür. Bu amillər ona gətirib çıxarıb ki, bazar iştirakçıları praktiki olaraq fond bazarında baş verənlər barədə məlumatlardan məhrum olublar.
Göründüyü kimi, istər BFB-nin, istərsə də onun tabe olduğu Dövlət Qiymətli Kağızlar Komitəsinin fəaliyyətindəki şəffaflıqla bağlı çatışmazlıqlar yetərincə realdır. Amma bu iddialar haqqında qarşı tərəfin nə düşündüyü maraqlı deyil. Hesab edirik ki, səslənən iddialara Komitənin özü və ya BFB ən azı iddiaların özü qədər əsaslandırılmış, arqumentləşdirilmiş şəkildə aydınlıq gətirməlidir. Əks halda, onların doğruluğuna dair rəylər daha da möhkəmlənəcəkdir.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00