ASAPES SABAH qrupu “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının tələbəsi Sevinc Cəbizadə Azərbaycan Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsində iştirak edib.

Bu barədə "Unikal"a  ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki,  ASAPES-in tələbəsi düşərgədə iştirak arzusunda olan 1000-dən artıq müraciətçi içərisindən seçilmiş 120 nəfərlik siyahıda yer alıb.

2023-cü ilin "Gənclər paytaxtı" seçilmiş Mingəçevir şəhərində təşkil olunan və fevralın 6-dan 10-dək davam edən “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsində karyera planlaması istiqamətində səyyar konsultasiya xidməti, əmək bazarının tələbləri barədə maarifləndirici görüşlər, TEDx formatında çıxışlar, əyləncəli enercayzerlər, maraqlı və faydalı təlimlər həyata keçirilib.