Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.
“Unikal" xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə özünün Feysbuk hesabında paylaşım edib.
Q. Nəcəfzadə bildirib ki, ona bağışlanan ev Bakı şəhərindədir.
Publisist bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.