"Qanunlarımız imkan yaradır ki, bələdiyyə özünün bağçasını açsın. Bu günlərdə eşitdim ki, şəhər bələdiyyələrinin eləsi var ki, onun büdcəsi artıq 1 milyona çatıb. Bu çox yaxşı rəqəmdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, iki-üç bələdiyyə yığışıb ərazisində bir bağça tikə bilər: "Bu gün insanların uşaq bağçalarına böyük ehtiyacı var. Və yaxud bələdiyyələr özəl bağça yarada bilərlər. Digər özəl bağçalara xeyli miqdarda pul veririk. 1600-dən çox bələdiyyənin hələ 1 bağçası yoxdur. Bu, düşündürücü məsələdir".

Anar Kəlbiyev