"Rabitəbank" qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə humanitar yardım məqsədilə 1.100.000 TL ianə edib. Qeyd edilən vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
"Unikal" xəbər verir ki, "Rabitəbank" rəhbərliyi humanitar yardımın zərərçəkmişlərə dəstək məqsədi ilə olduğunu dilə gətirərək: “Rabitəbank ailəsi adından son illərin ən dəhşətli faciəsini yaşayan qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir, hər zaman yanlarında olacağımızı bildirmək istəyirik” - deyə əlavə edib.
Qeyd edək ki, bir müddət öncə "Rabitəbank" mobil tətbiqi “Rabita Mobile” üzərindən Türkiyəyə yardım məqsədi ilə edilən ianələrdən də köçürmə zamanı heç bir komissiya tutulmayacağını açıqlamışdı.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.