Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.

Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.