Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.

Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.