Türkiyənin cənub-şərq bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində həlak olan tələbə Şahin Vəliyev dəfn olunub.

"Unikal" xəbər verir ki, dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, mərhumun ailə üzvləri, yaxınları və şəhər ictimaiyyəti iştirak ediblər.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin nəşləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində 7,6 və 7,7 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan isə yaralanıb.

***13:10

Türkiyədə zəlzələdə həlak olan 21 yaşlı tələbə dəfn edilib.

"Unikal" xəbər verir ki, o, Gəncə şəhərində torpağa tapşırılıb.

***

Türkiyədə zəlzələdə həlak olan 21 yaşlı tələbənin nəşi Gəncəyə  gətirilib.

"Unikal"ın məlumatına görə, Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə  gətrilib. Onunla yaşadığı evdə vida mərasimi başlayıb. Daha sonra o, Gəncədə dəfn ediləcək.

Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman yöneticiliyi ixtisasında oxuyub. Malatya şəhəri Zafer mahelləsi Mehmet buyruq cadesi Hakim bey apartmanı ünvanında yaşayıb. 21 yaşlı tələbəmizin cənazəsi bu gecə Vətənə gətirilib.

Tural Əhmədov